DÜNYA

06 Sentyabr

Çexiya höküməti ruslara vətəndaşlıq verilməsinə qarşıdır

Fins.az xəbər verir ki, təhlükəsizlik risklərini minimuma endirmək məqsədilə, Çexiya parlamentinin üzvü Martin Ekner rus vətəndaşlarına qarşı vətəndaşlıq verilməsini dayandırmağı təklif edib. Bu təşəbbüsü Çexiya Daxili İşlər naziri Vit Rakuşan dəstəkləyib.

Ekner bildirib ki, Moskvanın Praqaya qarşı aqressiyası nəzərə alınaraq, rusların Çexiya vətəndaşlığı və onunla bağlı bütün hüquqları əldə etməsi qəbuledilməzdir. O, miqrantların Çexiya hakimiyyət orqanlarına sədaqətinin vacibliyini vurğulayıb.

Kaira Agayeva 

Fins.az