Avstraliyanın Murdoch Pediatrik Tədqiqat İnstitutunda aparılan araşdırmalarda laboratoriyada istehsal edilən kök hüceyrələr siçanlara uğurla yeridilib.
Fins.az xəbər verir ki, laboratoriyada yetişdirilmiş kök hüceyrələr siçanların təxminən 50 faizində çoxmərhələli sümük iliyinin formalaşmasını təmin edib. Tədqiqatçılar, laboratoriyada yetişdirilən kök hüceyrələrin siçanlara uğurla yeridilməsinə baxmayaraq, insanların üzərində klinik sınaqların hələ tez olduğunu bildiriblər.
Xəstələrdən alınan nümunələrdən yaradılan kök hüceyrələrin donor və alıcı arasında uyğunsuzluq riskini aradan qaldıra biləcəyini ifadə edən tədqiqatçılar, bu şəkildə istehsal edilən kök hüceyrələrin sümük iliyi kimi qan xəstəliklərinin genetik səbəblərini aradan qaldıraraq xəstələri müalicə edə biləcəyini vurğulayıblar.
Araşdırma “Nature” jurnalında dərc olunub.
Kaira Agayeva
Fins.az