DÜNYA

06 Sentyabr

İlon Mask Avropada demoqrafik böhranı qaçılmaz hesab edir

Amerikalı iş adamı İlon Mask Avropa İttifaqında demoqrafik böhranın qaçılmaz olduğunu bildirib. O, 1960-cı ildən bəri rekord səviyyədə aşağı doğum göstəricilərinə işarə edərək, "Doğum nisbətləri azalmaqda davam edir. Əhalinin azalması qaçılmazdır", - deyə sosial şəbəkədə paylaşım edib.

Fins.az xəbər verir ki, 2022-ci ildə Aİ-də doğum səviyyəsi 4 milyondan aşağı düşüb, doğum nisbəti isə 1,46 olub ki, bu da dünya üzrə ortalamadan aşağıdır. Avropanın bəzi ölkələrində, xüsusən Malta, İspaniya və İtaliyada doğum göstəriciləri xüsusilə aşağıdır.

Statistika göstərir ki, 2100-cü ilə qədər Aİ əhalisi 6,1% azala bilər. Maskın fikrincə, aşağı doğum nisbətləri qlobal istiləşmədən daha ciddi bir sivilizasiya təhlükəsi yaradır.

Kaira Agayeva 

Fins.az