Fransada "Əyilməz Fransa" partiyasının təşəbbüsü ilə Yeni Xalq Cəbhəsi (NFP) blokunun 81 deputatı Prezident Emmanuel Makronun istefasını tələb edən qətnaməni imzalayıb.
Fins.az xəbər verir ki, qətnamə Makronun parlament seçkilərində qalib gələn koalisiyadan Baş nazir təyin etməkdən imtina etməsi ilə bağlıdır. Deputatlar bu hadisəni misli olmayan və Fransa Respublikası tarixində görünməmiş bir hal kimi qiymətləndirirlər.
İmpiçment prosesi isə Konstitusiyanın 68-ci maddəsinə əsaslanaraq Milli Assambleyada müzakirəyə çıxarılacaq.
Kaira Agayeva
Fins.az