DÜNYA

05 Sentyabr

Zelenski Almaniyadan silah istəyir

Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 6-da Ramstein qrupunun iclasında iştirak etmək üçün Almaniyaya gələcək və müttəfiqlərdən Kiyevə daha çox silah vermələrini xahiş edəcək.

Fins.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Rustem Umerov bir neçə gündür Almaniyada rəsmi səfərdədir.

Zelenski sentyabrın 4-də Dublinə gəlib və İrlandiyanın baş naziri Saymon Harrislə Ukraynaya dəstək və iki ölkə arasında əməkdaşlığa dair saziş imzalayıb.

Müqavilə çərçivəsində Dublin Kiyevə minalardan təmizləmə sistemləri verəcək və Ukrayna Silahlı Qüvvələrinə təlim keçəcək.

Kaira Agayeva 

Fins.az