Nyu Meksiko ştatının xüsusi prokuroru Kari Morrissi, hakim Meri Marlou Sommerdən Alec Baldwinə qarşı cinayət mühakiməsinin yenidən açılmasını tələb edib. İyul ayında hakim polis və prokurorların sübutları gizlətməsi səbəbi ilə işin yenidən açılmasını qadağan etmişdi.
Fins.az xəbər verir ki, "Associated Press" agentliyinin məlumatına görə, Morrissi məhkəməyə təqdim etdiyi müraciətdə, dinləmə zamanı Baldwinin hüquqlarının pozulmadığını vurğulayıb.
Alec Baldwinin adam öldürmə işi iyulun 13-də bağlanıb. 2021-ci ilin oktyabrında "Rust" filminin çəkilişləri zamanı Baldwin odlu silahdan atəş açmış və silahın həqiqi döyüş sursatı ilə dolu olduğu ortaya çıxmışdı. Operator Qalina Hatçins yaralanaraq ölmüş, rejissor Coel Souza isə ağır yaralanmışdı. Baldwin adam öldürmə ilə ittiham edilmiş, lakin kifayət qədər dəlil olmadığından 2023-cü ilin yazında vəzifəsindən azad edilmişdi.
İttihamlar 2024-cü ilin yanvarında yenidən qaldırılıb.
Kaira Agayeva
Fins.az