DÜNYA

05 Sentyabr

Tayland nazirləri ilə bağlı qərar verilib

Tayland Kralı Maha Watchiralonqkon (Rama X) Phua Tay Partiyasının lideri Fetonq Tan Şinavatranın başçılıq etdiyi yeni hökuməti təsdiqləyib.

Fins.az xəbər verir ki, Fetonq Tan Şinavatra, "sosial liberal kapitalist" olaraq, hökumətin iqtisadi problemləri həll edəcəyini və həyat keyfiyyətini yaxşılaşdıracağını bildirib. Xarici siyasətdə isə BRİKS-lə yaxınlaşma prioritet sayılacaq.

Yeni kabinetin tərkibinin üçdə biri artıq yenilənib. Əsas postlarda isə Phua Thai partiyası qalır.

Müdafiə və ticarət nazirliklərinə yeni təyinatlar edilib.

Kaira Agayeva 

Fins.az