DÜNYA

04 Sentyabr

Antalyada Rusiya konsulluğunun yeni binası açılıb

Türkiyənin Antalya şəhərində Rusiya Baş Konsulluğunun yeni binasının açılışı olub.

Fins.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, diplomatik nümayəndəlik ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

“Bu, bir neçə ildir ki, gözlədiyimiz əlamətdar hadisədir. Biz nəhayət ki, vətəndaşlarımıza keyfiyyətli xidmətin göstəriləcəyi yeni, müasir binaya köçməyə nail olduq. Biz konsulluq funksiyaları ilə yanaşı, ölkələrimiz arasında əlaqələrin inkişafına da töhfə veririk”, - baş konsul Sergey Vetrik qeyd edib.

Kaira Agayeva 

Fins.az