DÜNYA

04 Sentyabr

ABŞ-ın Gürcüstanla bağlı qərarlarına qlobal müharibə tərəfdarları təsir edir

Fins.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-ın Gürcüstanla bağlı qərarlarına qlobal müharibə tərəfdarlarının təsir etdiyini bildirib.

Kobaxidze, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin “Xarici agentlər haqqında" qanunun fəaliyyətindən danışarkən əlavə tədbirlərin mümkünlüyünü istisna etmədiyini qeyd edib. O, həmçinin "Gürcü Arzusu" üzvlərinə və deputatlara qarşı tətbiq edilən sanksiyaları və 95 milyon dollarlıq yardımın dayandırılmasını xatırladıb.

Baş nazir əlavə edib ki, qlobal müharibə tərəfdarlarının ABŞ daxilində, o cümlədən Dövlət Departamentində ciddi təsiri var. Kobaxidze, Gürcü Arzusu liderlərinin bu qüvvələri Gürcüstanı müharibəyə sürükləməyə və Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çalışan güclü siyasətçilər kimi təsvir etdiyini vurğulayıb.

Kaira Agayeva 

Fins.az