Rəsmi Ankara BRİCS-ə üzvlükdə maraqlıdır.
Fins.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə mövqeyini dəfələrlə bildirib: "Bununla belə, hələ ki konkret nəticə yoxdur".
Qeyd edək ki, bu, Türkiyənin BRICS-ə üzvlük müraciəti ilə bağlı ilk rəsmi açıqlama sayılır. Daha əvvəl Türkiyənin BRICS-ə üzvlüyü ilə bağlı müraciət etdiyi barədə məlumat yayılmışdı.
Kaira Agayeva
Fins.az