DÜNYA

03 Sentyabr

Qazaxıstan ikiillik iqlim hesabatını hazırlayır

Qazaxıstan, ikiillik iqlim şəffaflığı hesabatını (BTR) hazırlama mərhələsindədir.

Fins.az-ın məlumatına görə, bu barədə Bakıda keçirilən "İqlim sahəsində şəffaflığın artırılması" Yüksək Səviyyəli Dialoqda Qazaxıstan Prezidentinin müşaviri Zülfiyyə Süleymenova bildirib.

Süleymenova, ikiillik hesabatların iqlim səylərində kollektiv tərəqqinin başa düşülməsi və izlənilməsi üçün vacib olduğunu vurğulayıb. BTR-nin təsdiqlənməsi qlobal iqlim dəyişikliyinin təsirləri ilə mübarizəyə mühüm töhfə verəcək.

Qazaxıstan, bu hesabatı noyabrda Bakıda keçiriləcək COP29 konfransına qədər təqdim etməyi planlaşdırır. Süleymenova, bu mühüm platformada birgə səylərin və dialoqun davam etdiriləcəyini qeyd edib.

Kaira Agayeva 

Fins.az