İtaliyanın İqlim Dəyişikliyi üzrə Xüsusi Elçisi, professor Françesko Korvaro, Bakıda keçirilən iqlim sammiti üçün İtaliya nümayəndə heyətinin əlindən gələni edəcəyini bildirib.
Fins.az-ın məlumatına görə, Korvaro "Genişləndirilmiş Şəffaflıq Çərçivəsində" keçirilən Yüksək Səviyyəli Dialoqda, iqlim dəyişikliyinin qarşısını almaq üçün beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Korvaro, COP29-da iqlim maliyyəsinin müzakirə olunacağını qeyd edib və şəffaflığın vacibliyini bildirib. O, hər ölkənin təkbaşına iqlim dəyişikliyi ilə mübarizə apara bilməyəcəyini əlavə edib.
Qlobal İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq 25 sentyabr 2024-cü ildə BMT Baş Assambleyasında keçiriləcək.
COP29 isə bu ilin noyabrında Azərbaycanda baş tutacaq. Bakı, iki həftə ərzində 70-80 min xarici qonaq qəbul edəcək.
Kaira Agayeva
Fins.az