ABŞ-ın Viskonsin ştatında vitse-prezidentliyə namizəd Tim Valzın korteji qəzaya uğrayıb.
Fins.az-ın məlumatına görə, saat 12:57 radələrində baş verən hadisədə, Valzın kortejinin bir neçə avtomobili toqquşub. Ağ Evin mətbuat xidməti bildirib ki, avtomobildə olan işçilərdən birinin qolu sınıb və tibbi müalicə alır.
Qəzada bir neçə jurnalist cızıqlar və qançırlar alıb, bir kişinin burnu qanayıb, bir qadında isə beyin silkələnməsi şübhəsi yaranıb. Yalnız media nümayəndələri və əməkdaşların olduğu avtomobillərə ziyan dəyib.
Valzın avtomobili də daxil olmaqla, qalan kortej hissəsi vitse-prezidentliyə namizədin çıxışına davam edib.
Kaira Agayeva
Fins.az