Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcısı ölkənin şimal-qərbində Racastan ştatında qəzaya uğrayıb. Düşməyə səbəb texniki nasazlıq olub. Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.
Fins.az xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələrinin mətbuat xidməti sosial media X hesabında bildirib ki, “Barmer sektorunda adi gecə uçuşu təlimi zamanı Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 ciddi texniki problemlə üzləşib, buna görə pilot havadan atılmalı olub”.
MiQ-29 SSRİ-də hazırlanmış dördüncü nəsil çoxfunksiyalı qırıcıdır. Bütün növ hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.
Kaira Agayeva
Fins.az