Hollandiya hakimiyyəti Ukraynaya 200 milyon avrodan çox yeni yardım paketi ayırmağa qərar verib.
Bu barədə ölkənin baş naziri Dik Şof bildirib.
Fins.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, bu vəsait Ukraynanın enerji infrastrukturunun qorunması və təmiri, eləcə də humanitar yardım üçün istifadə olunacaq.
Bundan əvvəl Ukrayna təcili olaraq NATO ölkələrindən ağır mülki tikinti və mühəndislik avadanlıqları tələb edib.
Kaira Agayeva
Fins.az