Fins.az xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsi Dominikan Respublikasında həbs edilərək ABŞ-a aparılıb.
Təyyarənin Venesuelaya qarşı sanksiyaları pozaraq alındığı iddia edilir.
ABŞ, 13 milyon dollar dəyərindəki bu təyyarənin müsadirə edilməsini tələb edəcək.
Əməliyyata Amerikanın Ədliyyə Departamenti və Sənaye və Təhlükəsizlik Bürosu da daxil olmaqla bir neçə qurum qatılıb.
ABŞ daha əvvəl Venesuelanın müxtəlif aktivlərini də müsadirə edib.
Kaira Agayeva
Fins.az