Fins.az xəbər verir ki, ABŞ-ın Havay ştatında baş verən atışma nəticəsində 4 nəfər ölüb, daha iki nəfər yaralanıb.
Məlumata görə, hadisə qonşular arasında mübahisə zəminində baş verib. Bu zaman cinayətkar tapançadan atəş açaraq 3 nəfəri öldürsə də, o da ev sakinlərindən biri tərəfindən güllələnib. Atıcını öldürən şəxs daha sonra polis tərəfindən həbs edilib.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır. Faktla bağlı araşdırma aparılır.
Kaira Agayeva
Fins.az