Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin Londonda keçiriləcək sammitində iştirak edəcək.
Fins.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, iyulun 17-dən 20-dək Nikol Paşinyan Böyük Britaniyanın paytaxtı Londonda işgüzar səfərdə olacaq. IV sammit çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Kaira Agayeva
Fins.az