BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırda qlobal gündəmin əsas mövzusudur.
Fins.az xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov deyib.
“Biz ilk fikir mübadiləsi apardıq. Azərbaycanda COP29-a hazırlıqları, bu gün nə qədər böyük işlərin görüldüyünü öyrəndik. Bunu təsəvvür etmək belə çətindir”, - o bildirib.
B.Titov bu gündəliyin hazırlanmasında sahibkarların və onların iqlim dəyişikliyi ilə mübarizə problemlərinin həllində iştirakının vacibliyini qeyd edib.
Xatırladaq ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib.
Kaira Agayeva
Fins.az