DÜNYA

15 İyul

Səudiyyə Ərəbistanı Xarici işlər nazirinin Türkiyə səfəri

Səudiyyə Ərəbistanının Xarici işlər naziri şahzadə Feysəl ibn Fərhan əl-Səud Türkiyədədir. Səfər çərçivəsində şahzadə Səud Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

 Fins.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabağça mərkəzində keçirilən görüşdən sonra XİN rəhbərləri mətbuata birgə açıqlama veriblər.

  Bildirilib ki, görüşdə ticarət, inşaat, sərmayə, turizm, enerji və digər sahələr üzrə mövcud əməkdaşlığı daha da artırmaq üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb. Ölkələr arasındakı ticarət həcmi ötən ildən etibarən 6,8 milyard dollara çatıb. Türkiyə prezidenti ilə keçirilən görüşdə bu rəqəmin ilkin mərhələdə 10 milyard, daha sonra isə 30 milyarda çatdırılması istiqamətində hədəf bir daha müəyyən edilib. Bu istiqamətdə fəaliyyətlər olduqca böyük həssaslıqla davam etdirilir. Təxminən 14 il aradan sonra təkrar gündəmə alınan Türkiyə-Körfəz Əməkdaşlıq Şurası Azad Ticarət Sazişi də hədəflərə nail olmaq baxımından ciddi töhfə verəcək. Müzakirələrin ən qısa vaxt ərzində tamamlanaraq anlaşmaların imzalanması üçün fəaliyyətlər davam etdirilir.

Kaira Agayeva 

Fins.az