DÜNYA

08 İyul

Bakıda “ŞƏT Nümayiş Zonası - Azərbaycanda logistika və ticarətin təşviqi” konfransı keçirilib

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Çin-Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Yerli İqtisadi və Ticarət Əməkdaşlığı Nümayiş Zonasının (SCODA) İnzibati Komitəsinin birgə təşkilatçılığı, Çinin Azərbaycandakı səfirliyi, Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi Aparatının dəstəyi ilə “ŞƏT Nümayiş Zonası - Azərbaycanda logistika və ticarətin təşviqi” konfransı keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə hər iki ölkədən rəsmilərlə yanaşı, ticarət, logistika və turizm sektorlarından şirkətlərin nümayəndələri də iştirak ediblər.

Konfransda çıxış edən Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao bildirib ki, Azərbaycan-Çin ikitərəfli münasibətləri əhəmiyyətli dərəcədə möhkəmlənib, iqtisadi tərəfdaşlıq isə müxtəlif sahələrdə qarşılıqlı maraqlar nəticəsində genişlənib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığı haqqında danışıb. Bildirilib ki, Azərbaycanın Çində 6 ticarət evi fəaliyyət göstərir, ölkələrimiz qlobal nəqliyyat infrastrukturu təşəbbüslərində birgə iştirak edir, sənaye və avtomobil istehsalı sahələrində isə ortaq layihələr reallaşdırırlar.

Tədbirdə Çin Kommunist Partiyasının İşçi Komitəsi katibinin müavini və SCODA İnzibati Komitəsinin icraçı direktorunun müavini Li Qanq SCODA-nın Azərbaycan ilə beynəlxalq ticarət sərgilərində birgə fəaliyyətini vurğulayaraq, qurumun ölkəmizin bir sıra təşkilatları ilə mühüm razılaşmalar imzaladığını diqqətə çatdırıb.

Kaira Agayeva

Fins.az