Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) ümidləri tükənmiş və gedəcək təhlükəsiz yeri olmayan Qəzza xalqının yeni məcburi köçlərlə üzləşdiyini açıqlayıb.
Fins.az xəbər verir ki, UNRWA-nın Qəzzadakı kommunikasiya məsələləri üzrə rəsmisi Luis Vataridgenin ''New York Times'' qəzetinə verdiyi müsahibəsi agentliyin rəsmi ''X'' internet səhifəsində paylaşılıb.
Luis Vataridge bildirib ki, fələstinli ailələr ümidlərini itiriblər, gedəcəkləri təhlükəsiz yer yoxdur və yeni məcburi köçlərlə üzləşirlər.
Təcili olaraq atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayan agentlik rəsmisi bildirib ki, bu vəziyyət onsuz da ciddi çətinlikşlərlə mübarizə aparan Qəzza xalqına mənfi təsir göstərir.
Agentliyin planlaşdırma məsələləri üzrə direktoru Sem Rouz Qəzzadakı ailələrin hər gün həyatda qalmaq üçün mübarizə apardıqlarını deyib.
''Fələstinlilər ərzaq və su kimi ehtiyaclarını ödəmək üçün mübarizə aparır. Atəşkəs dərhal təmin edilməlidir'',-deyə Sem Rouz vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin iyulun 2-də verdiyi açıqlamada İsrailin hücumları səbəbindən 250 min fələstinlinin Qəzzanın cənubundakı Xan Yunis şəhərini tərk etməli olacağını təxmin etdiyini bildirib.
Kaira Agayeva
Fins.az