DÜNYA

08 İyul

Çinli diplomat: Azərbaycanın İKT sektoruna investisiya qoyacaq Çin şirkətlərinin sayı artacaq

Çin və Azərbaycan iqtisadiyyatları bir-birini tamamlayır, eyni zamanda, istehsal və investisiya sahəsində böyük potensiala malikdir. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin və Azərbaycan təmiz enerji, rəqəmsal iqtisadiyyat və sənaye istehsalı kimi sahələrdə əməkdaşlıq edirlər. Azərbaycanın İKT sektoruna sərmayə qoyacaq Çin şirkətlərinin sayə daha da artacaq.

Fins.az xəbər verir ki, bu sözləri Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O əlavə edib: “Yaşıl enerji sahəsində ikitərəfli əməkdaşlığımız həm Azərbaycan xalqı, həm də Çin xalqı üçün qarşılıqlı faydalıdır. Bu, Azərbaycanın enerji transformasiyasına, Çin şirkətlərinin isə yüksəkkeyfiyyətli istehsal potensialının reallaşmasına olan tələbatını ödəyir.

© azertac

Kaira Agayeva

Fins.az