DÜNYA

04 İyul

BMT-nin Baş katibi Antonio Quterreş: “COP29-da mühüm maliyyə nəticələri lazımdır”

COP29-da mühüm maliyyə nəticələri lazımdır. Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Astanada "ŞƏT+" formatında keçirilən iclasda deyib.

Fins.az xəbər verir ki, "Emissiyaların azaldılması və ən böyük inkişaf etmiş ölkələrdən başlayaraq, iqlim ədalətinin təmin olunması üçün, həm də bütün digər ölkələri səfərbər etməklə daha çox ambisiyaya ehtiyacımız var. Bütün hökumətlər gələn ilə qədər maliyyə səviyəsində müəyyən edilmiş yeni ödənişlər etməlidir. Bu ödənişlər uzunmüddətli qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq məqsədinə tam uyğun olmalı, 2030 və 2035-ci illər üzrə emissiyaların azaldılması üzrə mütləq hədəfləri əhatə etməlidir. Burada vacib olan istiləşməni 1,5 dərəcə çərçivəsində saxlaya bilməyimizdir", - o deyib.

A.Quterreşin sözlərinə görə, 2030-cu ilə qədər meşələrin qırılmasına son verilməli, bərpaolunan enerji mənbələrinin gücü üç dəfə artırılmalı və qlobal qazıntı yanacağı istehlakı ən azı 30 faiz azaldılmalıdır.

Kaira Agayeva 

Fins.az