DÜNYA

04 İyul

Ərəb Liqası Qəzza məsələsi ilə bağlı növbədənkənar iclas keçirəcək

Ərəb Liqası İsrailin Qəzza zolağına hücumlarını və işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni yaşayış məntəqələrinin sayını artırmaqla bağlı planını müzakirə etmək üçün bu gün növbədənkənar iclas keçirəcək.


Fins.az xəbər verir ki, Fələstinin rəsmi VAFA xəbər agentliyinin yaydığı məlumata görə, Ərəb Liqası Fələstinin tələbi istiqamətində daimi nümayəndələr səviyyəsində fövqəladə iclas keçirəcək.
İclasda İsrailin Fələstin xalqına qarşı hücumları və qeyri-qanuni yaşayış məntəqələrinin sayını artırmaqla bağlı planları müzakirə olunacaq.
Fələstinin Ərəb Liqasındakı daimi nümayəndəsi səfir Muhenned Akluk deyib: “Bu iclas İsrailin Fələstin xalqına hücumlarını davam etdirdiyi və müstəqil Fələstin dövlətinin qurulmasına mane olduğu bir dövrdə keçiriləcək''.


İyunun 28-də İsrail Təhlükəsizlik Kabineti İordan çayının qərb sahilinin “B bölgəsində” yerləşən 5 qeyri-qanuni yaşayış məntəqəsinin leqallaşdırılmasını təsdiqləmişdi.
İsrailin 2023-cü il oktyabrın 7-dən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 15  694-ü uşaq, 10 279-u da qadın olmaqla 37 953 fələstinli həyatını itirib, 87 266 nəfər isə yaralanıb.

Kaira Agayeva 

Fins.az