DÜNYA

04 İyul

“Rusiya Ukrayna üzərindən Avropaya təbii qaz nəqlinə hazırdır”, A.Novak

Rusiya baş nazirinin müavini Aleksandr Novak təbii qazın bu ildən sonra Ukrayna üzərindən Avropaya nəqlinə davam etməyə hazır olduqlarını bildirib.

   Fins.az xəbər verir ki, Qazaxıstanda jurnalistlərə açıqlamasında A.Novak Rusiya qazının Ukrayna üzərindən Avropaya daşınması ilə bağlı 2024-cü ildə başa çatacaq müqavilədən danışıb: “Müqavilənin davam etdirilməsi Ukraynadan asılıdır. Göndərmə onun ərazisindən edilir, öz qaydaları var, onların istəklərinə bağlıdır. Biz daşınmaya davam etməyə hazırıq. "

  Xatırladaq ki, Ukrayna Nazirlər Şurası Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya nəqlini təmin edən razılaşmaların 2024-cü ildən sonra uzadılmayacağını açıqlayıb. Ukrayna administrasiyasının 2023-cü ilin sonu üçün açıqladığı məlumata görə, bu ölkədən boru kəmərləri ilə Avropaya nəql edilən Rusiya qazının həcmi ötən il 2022-ci illə müqayisədə 28,4 faiz azalaraq 14,6 milyard kubmetrə düşüb.

Qeyd edək ki, Ukraynanın milli təbii qaz şirkəti "Naftoqaz" ilə Rusiyanın "Qazprom" şirkəti arasında 30 dekabr 2019-cu ildə imzalanan hökumətlərarası sazişdə 2021-2024-cü illər üçün Ukrayna üzərindən Avropaya ildə 40 milyard kubmetr təbii qaz tranziti nəzərdə tutulub.