“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax I xətt" yüksək təzyiqli magistral qaz kəmərinin yeni tikilmiş hissənin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı iyulun 5-i saat 09:00-dan etibarən iyulun 7-də işlər başa çatanadək “Ağsu” və “Kürdəmir” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
Fins.az xəbər verir ki, Təmir işləri görülməsi nəzərdə tutulan 3 gün müddətində Ağsu rayonunun (Ağsu şəhəri daxil olmaqla, rayonunun 48 kəndi və 205 qeyri-yaşayış sahəsi) və Kürdəmir rayonunun (Kürdəmir şəhəri daxil olmaqla, rayonun 19 kənd,1 qəsəbə və 204 qeyri-yaşayış sahəsi) böyük hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.
©Azertac
Kaira Agayeva
Fins.az