İyulun 2-3-də Omanda İSESCO və Oman Texnologiya və Tətbiqi Elmlər Universiteti tərəfindən Asiya və Yaxın Şərq regionu üçün “İslam Dünyası üzrə Süni İntellekt Xartiyası” adlı vörkşop baş tutub.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) məlumatına görə, Mərkəzin süni intellekt layihələrinin rəhbəri Ruslan Zeynalzadə tədbirdə iştirak edib və qurum tərəfindən ölkədə həyata keçirilən layihələr barədə təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda 4-cü sənaye inqilabı texnologiyalarının, xüsusilə də süni intellektin tətbiqi ilə bağlı fəaliyyətlər qeyd olunub.
Fins.az xəbər verir ki, Vörkşop çərçivəsində süni intellektə artan qlobal marağın və ondan istifadənin etik tənzimlənməsi istiqamətində müzakirələr aparılıb.
İSESCO-nun 2022-ci ilin dekabrında Mərakeşdə keçirilən 43-cü sessiyasında qəbul olunan qətnaməsinin icrası çərçivəsində “İslam Dünyasında Süni İntellektin Etik Xartiyası”nın layihəsinin İSESCO tərəfindən hazırlanması nəzərdə tutulub.
Kaira Agayeva
Fins.az