DÜNYA

04 İyul

“AzerGold” Britaniya şirkətinin işlətdiyi yataqlar üzrə müqavilənin tərəfi olub

“AzerGold” QSC Azərbaycanda filiz yataqlarının işlənməsinə dair Britaniyanın “Anglo Asian Mining plc” (AAM) qızıl mədən şirkəti ilə əvvəllər bağlanmış Hasilatın Pay Bölgüsü müqaviləsinin (PSA) tərəfi olub.

Fins.az xəbər verir ki, “Hasilatın Pay Bölgüsü müqaviləsində edilən düzəlişlərə əsasən, “AzerGold” QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əvəzinə Azərbaycan tərəfindən PSA-nın iştirakçısı olub. “Qızılbulaq”, “Dəmirli” və “Vejnəli” müqavilə sahələrində obyektlərin istifadəsi ilə bağlı da kiçik düzəlişlər edilib”, - məlumatda qeyd edilib.

Kaira Agayeva 

Fins.az