DÜNYA

10 İyun

Benni Qants istefa verdi

İsrailin Hərbi Nazirlər Kabinetinin üzvü Benni Qantz Benyamin Netanyahunun rəhbərlik etdiyi ''fövqəladə vəziyyət hökuməti''dən istefa verdiyini açıqlayıb.
Fins.az xəbər verir ki, Benni Qantz təşkil etdiyi mətbuat konfransında deyib: “Təəssüf hissi ilə hökumətdən istefa verdiyimi elan edirəm”. 
Benni Qants Benyamin Netanyahunun İsrailin qələbəyə doğru getməsinə mane olduğunu və siyasi mülahizələrə əsaslanaraq qərarlar verdiyini bildirdi. Benni Qants həmçinin Benyamin Netanyahunu növbədənkənar seçkilər keçirməyə çağırıb.
Amerika Birləşmiş Ştatları  prezidenti Co Baydenin irəli sürdüyü əsir mübadiləsi təklifini dəstəklədiyini bildirən Benni Qants Benyamin Netanyahudan bu razılaşmaya nail olmaq üçün cəsarətli olmasını istəyib.