ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayı (NFP) may ayında proqnozları aşaraq 272 min nəfər artarkən, işsizlik səviyyəsi 3.9%-dən 4%-ə yüksəldi.
Fins.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi may ayı üzrə məşğulluq hesabatını açıqlayıb.
Hesabata görə ölkədə Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayı may ayında 272 min artıb. Bazar proqnozlarının üzərində açıqlanan NFP-nin 180 min artacağı ehtimal olunurdu.
May ayında ABŞ-da işsizlik səviyyəsi 0.1 bənd artaraq 4.0% təşkil edib. Proqnozları üstələyən işsizlik səviyyəsinin bu dövrdə 3.9% olacağı ehtimal edilirdi. Qeyd edək ki, aprel ayında işsizlik səviyyəsi 3.9% olub.
Əmək haqqlarına gəldikdə isə Orta Saatlıq Gəlirlər aylıq müqayisədə 0.4%, illik müqayisədə isə 4.1% artım. Göstəricinin müvafiq olaraq 0.3% və 3.9% olaraq açıqlanacağı proqnozlaşdırılırdı.