“Eurostat”-ın verdiyi məlumata əsasən Avrozonada illik inflyasiya mart ayında olduğu kimi, aprel ayında da 2.4% səviyyəsində qalıb.
Fins.az xəbər verir ki, analitiklər də eyni qaydada, göstəricinin 2.4% səviyyəsində qalacağını proqnozlaşdırmışdılar.
İlkin hesablamalara görə, aylıq ifadədə Avrozonada istehlak qiymətləri 0.6% artıblar.
Hesabat dövründə illik inflyasiyada baza indeksi ötən ay ilə müqayisədə 2.9%-dən 2.7%-ə qədər azalıb.