ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Co Baydenin administrasiyasından İsrailə fasiləsiz silah tədarükünü təmin etməyi tələb edən qanun layihəsini təsdiqləyib.
Fins.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, sənədin lehinə 224 konqresmen çıxış edib, 187 nəfər isə əleyhinə səs verib.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu bildirmişdi ki, ölkə ABŞ-ın köməyi olmadan Qəzzada qalib gələ bilər.
Bundan əlavə, Ağ Ev qeyd etmişdi ki, ABŞ Rəfahın işğalı halında İsrailə bir sıra silahlar verməyəcək.