ABŞ-da istehlak qiymətləri illik ifadədə mart ayında 3.5% artdıqdan sonra, aprel ayında 3.4% artıblar. Bu barədə ölkənin Əmək Nazirliyinin press-relizində məlumat verilib.
Fins.az xəbər verir ki, İstehlak Qiymətlərinin Baza İndeksi aylıq ifadədə mart ayında 0.4% təşkil etdikdən sonra, apreldə 0.3% səviyyəsində dərc olunub.
İllik inflyasiya göstəricisi analitiklərin proqnozu ilə üst-üstə düşüb. Aylıq göstəricinin mart ayı səviyyəsində olacağı proqnozlaşdırılırdı.
ABŞ-da baza inflyasiya - ərzaq və enerji qiymətləri istisna olmaqla - illik ifadədə 3.8%-dən 3.6%-ə, aylıq ifadədə isə 0.4%-dən 0.3%-ə qədər azalıb.
Apreldə ABŞ-da ərzaq qiymətləri mart ayı ilə müqayisədə dəyişməyib, enerji qiymətləri isə 2.7% artıb. İllik ifadədə ərzaq məhsullarının qiymətləri 2.2%, enerji məhsullarının qiymətləri isə 1.1% artıb.