Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin statistika bürosunun məlumatına əsasən, mart ayında ölkədə, mövsümi düzəlişlər nəzərə alınmaqla, işsizlik səviyyəsi fevral ayında olduğu kimi, 2.6% təşkil edib.
Fins.az xəbər verir ki, analitiklər göstəricinin 2.5% səviyyəsinə qədər azalacağını proqnozlaşdırmışdılar. Martda ölkədə işsizlərin sayı 1.85 milyon nəfər təşkil edib ki, bu da ötən il ilə müqayisədə 80 min nəfər (4.1%) azdır. Yaponiya əhalisinin işsiz hissəsi, o cümlədən 65 yaşdan yuxarı insanlar, illik müqayisədə 290 min nəfər (0.7%) azalaraq 40.81 milyon nəfər təşkil edib.