DÜNYA

30 Aprel

ABŞ Xəzinədarlığı borclanma proqnozunu 243 milyard dollara çatdırıb

ABŞ Maliyyə Nazirliyi bu ilin aprel-iyun və iyul-sentyabr ayları üçün borclanma təxminlərini açıqlayıb.

Fins.az xəbər verir ki, xəzinədarlığın 2024-cü ilin ikinci rübündə 243 milyard dollar borc götürməsinin gözlənildiyi bildirilib.

Açıqlamada, iyunun sonunda nağd balansın 750 milyard dollar olacağı, borc təxmininin isə yanvar ayında açıqlanan təxmindən 41 milyard dollar yüksək olduğu bildirilib.

Bu ilin üçüncü rübündə 847 milyard dollar borc alınacağı, sentyabrın sonunda nağd pul qalığının isə 850 milyard dollar olacağı bildirilib.

Xəzinədarlığın yanvar-mart dövründə 748 milyard dollar borc götürdüyü, rübün sonunda nağd pul qalığının isə 775 milyard dollar olduğu bildirilib.

Günel Məlikzadə
Fins.az