DÜNYA

30 Aprel

“Çin ABŞ istiqrazlarını daha da azaltmalıdır” çağırışı

Çin dövlət analitik mərkəzinin dərc etdiyi məqaləyə görə, Çin Vaşinqtonun potensial təsirini azaltmaq üçün ABŞ-ın istiqrazlarını daha da azaltmalıdır.

Fins.az xəbər verir ki, Renmin Universitetindən Di Dongsheng, China Institutes of Contemporary International Relations jurnalında dərc olunan məqaləsində yazıb ki, Çinin ABŞ-dakı mövcud mövqeyi “getdikcə daha çox girov vəziyyətinə çevrilir və milli suverenliyin qorunmasına mane olur”. Di həmçinin Çin prezidenti Si Cinpinin qlobal səhnədə “ərazi bütövlüyünü qorumaq” vurğusuna da toxunub.

Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ-ın Rusiyanın aktivlərini dondurduğunu xatırladan Di, Birinci Dünya Müharibəsi zamanı ABŞ-ın alman mallarını ələ keçirməsini, İkinci Dünya Müharibəsi zamanı yapon mallarına münasibətini və yapon amerikalıların həbsini xatırladıb və deyib: ABŞ-ın mülkiyyət hüquqlarını pozması "İnsan hüquqlarına hörmət və mühafizə öhdəliyi sadəcə bir mifdir".

Di həmçinin "ABŞ dövlət istiqrazlarının gəlirliliyinin uzun müddətdir aşağı olduğunu" və Çinin əldə etdiyi gəlirlərin Amerikalı investorların Çində əldə etdiklərindən daha az olduğunu müdafiə etdi.

Qeyd edək ki, Çinin ABŞ istiqrazlarının saxlanması bir neçə ildir ki, azalma tendensiyası nümayiş etdirir və keçən ilin oktyabr ayında 2009-cu ildən bəri ən aşağı səviyyəyə çatıb. Çin Yaponiyadan sonra ən çox ABŞ istiqrazlarına sahib olan ikinci ölkədir.

Günel Məlikzadə
Fins.az