DÜNYA

22 Aprel

Balans hesabatları qlobal bazarların radarında

Qlobal bazarlarda diqqətlə ABŞ-da açıqlanacaq balans hesabatlarına və məlumatlara yönəldi.

Fins.az xəbər verir ki, bu həftə qlobal fond indekslərinin fokusunun geosiyasi gərginliklərdən "Microsoft" və "Meta" da daxil olmaqla bəzi böyük texnologiya şirkətləri tərəfindən açıqlanacaq balans hesabatlarına və FED-i istiqamətləndirə biləcək ABŞ-da ÜDM və əsas Şəxsi Xərclərə dair Qiymət İndeksi (PCE) kimi iqtisadi məlumatlara çevriləcəyi gözlənilir. 

Bu xəbərlər öncəsi Asiya Birjalarında artım tendensiyası diqqət çəkir. İranla İsrail arasında gərginliyin hələlik daha da artmaması müsbət atmosferə kömək edir. Honq-Konq fond bazarındakı yüksəlişə Çin hökumətinin ölkəni maliyyə mərkəzinə çevirmək üçün kütləvi təkliflərə yol açmaq kimi yeni addımlar atacağı vədi təsir edib.

Keçən həftəni kəskin itkilərlə tamamlayan ABŞ indeksləri fyuçersləri də yüksəlişdədir. Geosiyasi gərginliyin azalması təhlükəsiz sığınacaqlara tələbin azalmasına səbəb olsa da, neft və qızıl qiymətləri aşağı düşür.

Yaxın Şərqdə geosiyasi gərginliyin azalması və FED-in 1 may faiz qərarı öncəsi sükut dövrünə girməsi ilə dollar G-10 valyutaları qarşısında dəyər itirir. Dollar indeksi (DXY) həftəin ilk ticarət saatlarından etibarən 106.44 bənd səviyyəsindən 106.05 bənd səviyyəsinə qədər geriləyib. Ötən həftə ərzində 10 baza bəndi yüksələn ABŞ 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi bu gün səhər 4 bənd artıb.