DÜNYA

16 Aprel

Çin iqtisadiyyatından gözləntiləri üstələyən artım

Çin iqtisadiyyatı 2024-cü ilin birinci rübündə gözləntilərdən daha çox böyüdü.

Fins.az xəbər verir ki, Çin Milli Statistika Bürosu tərəfindən açıqlanan rəsmi məlumatlar, yanvar-mart dövründə ümumi daxili məhsulun bir əvvəlki ilə nisbətən 5,3% artdığını göstərdi. Bu, 2023-cü ilin dördüncü rübündə 5,2 faizlik artımdan iqtisadçıların gözlədiyi 4,6 faizlik artımdan daha sürətli idi.

Çin iqtisadiyyatı birinci rübdə əvvəlki rüblə müqayisədə 1,6 faiz artıb. 2024-cü ilin son rübündə ÜDM əvvəlki rüblə müqayisədə 1,0 faiz artıb.

Mart ayında sənaye istehsalı illik 4,5% artaraq 6% gözləntilərin altında qalıb. Pərakəndə satışlar illik 3,1 faiz artaraq 4,6 faiz gözləntilərin altındadır.

Böyük şəhərlərdə işsizlik üç aylıq artım ardıcıllığına son qoyub və 5,2 faizə düşüb.

Məlumatların açıqlanmasından dərhal sonra ofşor yuan bir qədər möhkəmləndi və çərşənbə axşamı beş ayın ən yüksək həddindən geri çəkilərək, dollara qarşı 7,2724 səviyyəsində ticarət edildi.

Günel Məlikzadə
Fins.az