"London Stock Exchange Group" (LSEG) açıqladığı məlumatlara görə, ABŞ iqtisadiyyatı güclü qalmağa davam edərkən, investorların FED-in bu il faiz dərəcələrini nə qədər azaldacağına dair gözləntiləri 2023-cü ilin oktyabr ayından bəri ən aşağı səviyyəyə düşüb.
Fins.az xəbər verir ki, FED investisiya fondu, il sonu fyuçers müqavilələri həftənin əvvəlində faiz endirimi ehtimallarını, ilin əvvəlində qiymətləndirilən 150 baza bəndi ilə müqayisədə 60 baza bəndi səviyyəsində əks etdirməyə başladı. CME Group məlumatları da göstərdi ki, iyun ayında ilk 25 baza bəndlik faiz endirimi ehtimalları bir həftə əvvəl 57%-dən 49%-ə enib.
FED-lə bağlı gözləntilər sürətlə dəyişir
İnvestorlar indi iqtisadiyyatın güclü olduğu bir vaxtda inflyasiyanı nəzarət altına almadan borclanma xərclərini azaltmaq imkanlarına daha çox şübhə ilə yanaşırlar.
FED isə bu il faiz dərəcələrini 75 baza bəndi azaldacağına dair siqnallar verib. Bununla belə, faiz proqnozlarına uyğun qiymətləndirilən xəzinə istiqrazlarının gəlirləri də nəticədə artıb. İstiqraz qiymətlərinə əks istiqamətdə hərəkət edən 10 illik istiqraz faizi həftənin əvvəlində noyabr ayından bu yana ən yüksək səviyyəyə çatıb.
FED sədrlərinin bəyanatları bazarın mürəkkəbliyini əks etdirir
FED rəsmilərinin son açıqlamaları bazarlardakı mürəkkəb mənzərəni əks etdirməyə davam edir. Federal Ehtiyyatlar Sisteminin üzvləri son həftələrdə daha çox dominant faiz endirimi siqnalları versələr də, ötən həftə gələn mesajlar FED-in sərt pul-kredit siyasətini yumşaltmağa başlaması üçün hələ vaxtının çox olması yönündə idi.
Kaşkari: “İnflyasiya nəzarətdə saxlanılmalıdır”
Minneapolis FED sədri Nil Kaşkari inflyasiya ilə bağlı narahatlıqlarını bölüşərək, ABŞ Federal Ehtiyatlar Sisteminin hazırda 3% ətrafında olan inflyasiyanı 2% hədəfinə çatdırmaq üçün səy göstərməli olduğunu bildirib. Kaşkari onu da qeyd edib ki, əmək bazarı ötən illə müqayisədə zəifləsə də, gərgin olaraq qalır.
Qulsbi: "Fed sərt pul siyasəti mövqeyini nəzərdən keçirməlidir"
Çikaqo FED-in sədri Austan Qulsbi, ABŞ Federal Ehtiyatlar Sistemi iqtisadiyyata zərər vermədən faiz dərəcələrini nə qədər yüksək səviyyədə saxlaya biləcəyini hesablamalıdır deyə faiz dərəcələrinin hələ uzun müddət yüksək olaraq saxlanmasının yollarının araşdırılması gərəkdiyini vurğadı.
Qulsbi, sərt pul-kredit siyasəti şərtlərinin nə qədər davam etməsinin istəndiyinə diqqət yetirilməsi lazım olduğunu desə də, prosesin çox uzun müddət davam etməsi halında işsizlik səviyyəsinin bir nöqtədə yüksəlməyə başlayacağını müdafiə etdi.