ABŞ-da yeni açıqlanan makroiqtisadi məlumatlar güclü iqtisadi aktivliyə işarə etsə də, dünənki ADP özəl sektorunun mart ayında bazar gözləntilərinin üzərində məşğulluq artımı 184 min nəfər olması əmək bazarında sərt duruşun davam etdiyinə işarələr verdi.
Fins.az xəbər verir ki, Təchizat İdarəetmə İnstitutunun (ISM) xidmət sektoru Satınalma Menecerləri İndeksi (PMI) mart ayında aylıq bazda 1,2 bənd azalaraq 51,4-ə enərək bazar gözləntilərindən aşağı düşərkən, SP Global tərəfindən açıqlanan Mart ayı xidmət sektoru PMI məlumatları da 0,6 azalıb, 51,7-yə enib. Məlumatların azalmasına baxmayaraq, xidmət sektorunda genişlənmənin davam etdiyi görüldü.
Dünən FED sədri Jerome Powell Stenford Biznes, Hökumət və Cəmiyyət Forumu tədbirində çıxışında pul siyasəti ilə bağlı qiymətləndirmələr edib.
"İqtisadiyyat ümumilikdə gözlədiyimiz kimi davam edərsə, FOMC üzvlərinin çoxu bu ilin müəyyən bir nöqtəsində siyasət faizini azaltmağa başlamağın məqsədəuyğun olacağını düşünür", - Pauell bildirib.
Dünən digər Fed rəsmiləri də açıqlamalar verərkən, Atlanta Fed prezidenti Raphael Bostic hələ də bu ilin son rübündə faiz endirimini nəzərdə tutduğunu bildirib.
2026-cı ilə qədər 2 faizlik inflyasiya hədəfinə dönə bilməyəcəklərini düşündüyünü ifadə edən Bostic, yolun kələ-kötür olacağını və inflyasiyanın 2023-cü ilə nisbətən son bir neçə ayda çox hərəkət etmədiyini bildirib.
Səlahiyyətlilərin məlumat və açıqlamalarından sonra birjalarda qarışıq bir tendensiyanın müşahidə edildiyini bildirən analitiklər, ABŞ-ın sabah açıqlanacaq məşğulluq hesabatı məlumatlarının bazarların istiqamətinə təsir edə biləcəyini bildiriblər.
Bu inkişafların ardından pul bazarlarında qiymətlərin iyun ayında FED-in faizləri endirməyə başlaması ehtimalının 64 faiz olduğu, ABŞ-ın 10 illik istiqraz faizinin isə 4,43%-dən 4,35%-ə düşdüyü ön plana çıxdı.
Ardıcıl 3-cü ticarət günü eniş trendini davam etdirən dollar indeksi hazırda 104,2 səviyyəsindədir.
Günel Məlikzadə
Fins.az