DÜNYA

03 Aprel

Bayden və Çin prezidenti Si telefonla danışıb

Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden və Si arasında ikitərəfli, regional, qlobal məsələlərlə bağlı "konstruktiv və səmimi" görüş keçirilib.

Fins.az xəbər verir ki, keçən ilin noyabrında Kaliforniyada keçirilən görüşdə müzakirə edilən məsələlərin davamı olacağı bildirilən görüşdə iki lider ordular arasında əməkdaşlıq, narkotiklərlə mübarizə, süni intellektlə bağlı mövzular kimi bir çox mövzunu dəyərləndirib. 

Bayden Siyə Tayvan boğazında sülh, sabitliyin vacibliyini xatırlatmaqla yanaşı, Cənubi Çin dənizində azad naviqasiya və qanunun aliliyinin qorunması lazım olduğunu da ifadə edib.

Görüş zamanı Bayden Çinin Rusiyanın müdafiə sənayesi infrastrukturuna verdiyi töhfə, onun Avropa və transatlantik təhlükəsizliyə mənfi təsirləri ilə bağlı narahatlığını ifadə edib.

Bayden ABŞ və Çin arasındakı ticarət rəqabətində Pekin tərəfindən həyata keçirildiyini iddia etdiyi "ədalətsiz ticarət təcrübələrini" də gündəmə gətirdi. Bunun Amerikalı işçi və fermerlərə zərər verdiyini müdafiə etdi.

İki lider arasında konstruktiv ünsiyyətin davam etdirilməsinin vacib olduğunu vurğulayan Bayden yüksək səviyyəli diplomatik münasibətlərin məsuliyyətli şəkildə davam etdirilməsi üçün göstərilən səylərdən məmnun olduqlarını qeyd edib.

Günel Məlikzadə
Fins.az