Vyetnam Milli Məclisi Vo Van Txıonqun istefasını təsdiqləyib.
Fins.az-ın “Vietnamnet” portalına istinadən verdiyi xəbərə görə, Vo Van Txıonq Kommunist Partiyasının Nizamnaməsinin bir neçə maddəsini pozub.
Parlamentdən öncə martın 20-də Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi Vo Van Txıonqun istefasını qəbul edib.
Vo Van Txıonq 2 mart 2023-cü ildə Prezident təyin edilib. Beləliklə, onun səlahiyyəti müddəti 12 aydan bir qədər çox olub.