DÜNYA

15 Mart

Nəhənglər BOJ qərarına hazırlaşır

BlackRock və Man Group, Yaponiya Bankının mənfi faiz dərəcələrinə son qoymasından sonra Yaponiya səhmlərinin artmağa davam edəcəyi qənaətindədir.

Fins.az xəbər verir ki, BlackRock-un Yaponiya investisiyalarını idarə edən Yue Bamba, mənfi faiz dərəcələrinin sona çatmasının "çox mühüm hadisə" olacağını ifadə etdi və əlavə etdi:

"Böyümənin sürücüləri müxtəlif, geniş və davamlıdır. Düşünürəm ki, biz hər şeyin tam qiymətindən çox uzaqdayıq".

JPMorgan Asset Management bank səhmlərinin ön plana çıxacağı qənaətindədir. Qurumun portfel meneceri Michiko Sakai, "Əgər BOJ möhkəm iqtisadi artımla davamlı olaraq faiz dərəcələrini artırarsa, banklar çox müsbət hərəkət edəcəklər" dedi.

Qurumlar istiqrazlara pessimist yanaşırlar. Yaponiyanın 10 illik dövlət istiqrazlarına qarşı qısa mövqe elan edən RBC Bluebay-a görə, 10 illik gəlirlilik bu ilin sonuna doğru 1,25 faizdən yuxarı qalxa bilər. Bir gecəlik svoplara görə, BOJ-nin siyasət faizi 2024-cü ilin sonunda -0,1 faizdən 0,25 faizə yüksələ bilər.

Günel Məlikzadə
Fins.az