DÜNYA

01 Mart

Rusiya benzin ixracına qadağa qoyub

Rusiya hökumətindən verilən yazılı açıqlamada ölkənin yanacaq bazarında sabitliyin qorunub saxlanılması üçün tədbirlərin görüldüyü və bu çərçivədə 1 mart tarixindən etibarən benzin ixracının 6 ay müddətinə qadağan edildiyi, hökumətlərarası razılaşmalarla daşımaların həyata keçirildiyi bildirilib. Avrasiya İqtisadi Birliyi ölkələri  bu qərar çərçivəsində deyildi.

Fins.az xəbər verir ki, Baş nazirin müavini Aleksandr Novak dünən deyib ki, benzin ixracına qoyulan mümkün qadağa nəzərdə tutulduğundan daha tez aradan qaldırıla bilər.

Rusiyada benzin və dizelin qiymətinin artması ilə əlaqədar olaraq 2023-cü ilin sentyabrında benzinin ixracına qadağa qoyulub, təxminən 2 ay sonra isə qadağa götürülüb.

Günel Məlikzadə
Fins.az