İsrail ordusunun sözçüsü İsrail əsgərlərinin Qəzza şəhərini tamamilə mühasirəyə aldığını və zolağın şimal hissəsini cənubdan faktiki olaraq ayırdığını, həm yerüstü, həm də yeraltı hədəflərin hücuma məruz qaldığını bildirib.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Dövlət katibi Antoni Blinken , İsrail-Həmas müharibəsinin yayılmasının qarşısını almaq məqsədi ilə Yaxın Şərqdə ABŞ diplomatiyasını genişləndirərək Bağdadda planlaşdırılmamış dayanacaq edib. O, həmçinin İordan çayının qərb sahilində Fələstin prezidenti Mahmud Abbasla görüşüb və Fələstin Muxtariyyətinin Qəzza zolağının Həmasdan sonrakı gələcəyində necə mərkəzi rol oynaya biləcəyini müzakirə edib.
Avropa Komissiyası bildirib ki, son bir neçə gündə qitədə antisemitizm hadisələrinin qəfil artması tarixin ən qaranlıq dövrlərini xatırladan “fövqəladə səviyyələrə” çatıb.
Günel Məlikzadə
Fins.az