Entoni Albanese son 7 ildə Çinə səfər edən ilk Avstraliya baş naziri olub..
Fins.az BBC-ə istinadən xəbər verir ki, onun üç günlük səfəri iki ölkə arasındakı münasibətlərin pisləşməsi və Kanberranın Vaşinqtonla artan hərbi əlaqələrinin fonunda baş verib.
Son illərdə Avstraliya və Çin bir-birini insan hüquqlarının pozulmasında və milli təhlükəsizliyə təhdid kimi qəbul etməkdə ittiham ediblər. İctimaiyyətin qarşı tərəfə münasibəti əvvəlkindən daha mənfi olub.
Müqayisə üçün qeyd edək ki, eyni vaxtda ABŞ-ın bütün ixracatının təxminən 9%-i və Britaniya ixracatının yalnız 5%-i Çinə satılıb.
Avstraliya və Çin arasındakı qarşıdurmanın əsas səbəbi 2020-ci ildə Avstraliyanın Covid-19-un mənşəyi ilə bağlı müstəqil araşdırma aparmaq çağırışı ilə əlaqədər olub.
Günel Məlikzadə
Fins.az