DÜNYA

04 Noyabr

Dünyanın ilk litium kraliçası

Dəmir filizi milyarderi Gina Rinehart dünyanın ilk litium kraliçası tacını qazanmağa hazırlaşır.

Fins.az Forbes-ə istinadən xəbər verir ki, artıq 26 milyard dollar sərvəti ilə Avstraliyanın ən varlı adamı olaraq sıralanan Rinehart, elektrik avtomobillərini gücləndirmək üçün istifadə olunan akkumulyatorların əsas metalı olan litiumun içinə düşüb.

Son iki ayda bir neçə cəsarətli birja reydləri onun litium sənayesindəki payını genişləndirib, eyni zamanda bir satınalma təklifini tərk etməyə, digərini isə narahat etməyə məcbur edib.

Avstraliyanın inkişaf etməkdə olan litium mədənçisi Liontown Resources-da 19,9% paya sahib olmaq, ABŞ-da yerləşən Albemarle Corporation-ı 4,2 milyard dollarlıq satın alma təklifindən imtina etməyə məcbur edib. Azure Minerals-da 15,4% pay almaq isə Çilinin litium liderinin bu şirkətdəki hərəkətini pozub.

Avstraliya fond bazarındakı bu addımlar Almaniyanın Reyn Vadisində litium və geotermal enerji layihəsini inkişaf etdirən Vulcan Energy Resources-a əvvəlki sərmayədən sonra baş verib.

Günel Məlikzadə
Fins.az