DÜNYA

04 Noyabr

Nepalda  6.4 bal gücündə zəlzələ baş verib, ölən və yaralananlar var

Cümə gecəsi Nepalın şimal-qərbində baş verən 6,4 bal gücündə zəlzələ nəticəsində 129 nəfərdən çox ölü, çoxlu sayda isə yaralı var.

Fins.az Associated Press rəsmilərə istinadən xəbər verir ki, xilasedicilər və təcili yardım xidmətləri dağılmış binaların dağıntıları arasında işləyir.

Ölənlərin sayının artacağı gözlənilir. Həmçinin yaralıların sayının təxmini 140 olduğu bildirilib.

 

Günel Məlikzadə
Fins.az