DÜNYA

03 Noyabr

Avrozonada işsizlik sentyabrda artıb

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avro Bölgəsinin sentyabr ayı işsizlik göstəricilərini dərc edib.

Fins.az məlumatlara istinadən xəbər verir ki, AB-də avqust ayında  6% olan mövsümi təsirlərdən təmizlənmiş işsizlik nisbəti sentyabr ayında dəyişməz qalıb.

Avrozonada avqustda 6,4% olan işsizlik nisbəti sentyabrda 6,5% olub.

Ötən ilin sentyabrında işsizlik səviyyəsi Avro Bölgəsində yüzdə 6,7, Aİ-də isə 6,1 faiz olaraq müəyyən edilib.

Aİ-yə uyğun məlumatlara görə, sentyabrda işsizlik nisbəti İspaniyada 12 faiz, Yunanıstanda 10 faiz, İsveçdə 7,8 faiz, İtaliya və Estoniyada 7,4 faiz, Fransa və Finlandiyada isə 7,3 faiz təşkil edib.

 

Günel Məlikzadə
Fins.az